BMT: Azərbaycan növbəti yüz il ərzində lider mövqeyini qoruyacaq


Digərləri 26 Noy 2017 09:11:00 285 0

BMT: Azərbaycan növbəti yüz il ərzində lider mövqeyini qoruyacaq

Azərbaycan növbəti yüz il ərzində demoqrafik göstəricilərə görə Cənubi Qafqazda lider mövqeyini qoruyacaq.

Son.az bildirir ki, bunu Trend-ə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan demoqrafik inkişaf baxımından Cənub Qafqazda ən dinamik ölkədir və ölkə əhalisi Gürcüstandan iki dəfə, Ermənistandan isə 3 dəfə çoxdur.

F.Babayev vurğulayıb ki, proqnozlara əsasən yaxın 30 il ərzində Azərbaycan əhalisi hər onillik üçün 500 mindən çox artacaq. 21-ci əsr ərzində Azərbaycan əhalisi 3 milyondan çox artacaq, bu artımın 70 faizi isə əsrin birinci yarısının payına düşəcək.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin artımı əsasən təbii artım hesabına təmin olunur.