Elgiz "Qudalar" mahnısını ələ saldı: "Bunu xalqa sırımayın" - video


Şou-biznes 26 Noy 2017 00:00:00 411 0

Elgiz "Qudalar" mahnısını ələ saldı: "Bunu xalqa sırımayın" -  video

ARB telekanalında "Səhər-səhər" verilişində toy adət-ənələri müzakirə olunub.


Axşam.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbərlə aktrisa-aparıcı Könül Yusifqızı arasında qalmaqal yaşanıb.

Elgiz toylarda səslənən "Qudalar" mahnısını qınayıb. O, mahnını ələ salaraq, onun lazımsız olduğunu deyib:

"Primitivdir, biabırçılıqdır. "Vağzalı"nı başa düşürəm. Amma bu "Qudalar"ı çalıb, qudaları ortaya salmaq nədir? Nə vacibdi qadını salırsınız ortaya oynadırsınız. Aparıcının nə ixtiyarı var qudalara söz verir? "Qudalar" oxuyur, camaatda kabab yeyə-yeyə düşüb oynayır. Nə pis görünür... Bunu adət kimi xalqa sırımayın. İndi də sünnət toylarında "Qudam" sözünü "Kirvəm gəlir"lə əvəz edirlər".

Könül "Toy bizim adətimizdir. Kim sənə deyir kabab at ağzına, düş ortaya?" deyə, etirazını bildirib.

Proqrama qonaq olan İzzət Bağırov da aparıcının fikri ilə razılaşmadığını deyib:

"Deyirsən qudalar laızm deyil. Amma küçədə camaat içində evlilik təklifi etmək yaxşıdır?".