Bu qidalar sizi tez qocaldır


Digərləri 25 Noy 2017 23:21:00 311 0

Bu qidalar sizi tez qocaldır

Sağlam qidalanmaq orqanizm üçün xeyirlidir. Bununla siz təkcə formada qalmağı bacarmır, eyni zamanda cavanlaşırsınız da. Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Son.az axşam.az-a istinadən  insanı tez qocaldan qidaları təqdim edir: Həm yağlı, həm də ziyan - qızartma Ət və tərəvəzləri qızardaraq yemək kökəlməyinizə, bədəninizin sallanmasına, dərinizin çirkli görünməsinə, qocalmasına gətirib çıxaracaq.  Mədənin düşməni qəhvə Hazır satılan qarışıq qəhvənin tərkibində orqanizm üçün ziyan olan maddələr mövcuddur. Bu da mədə xorası yaradır. Buna görə də çalışın təbii qəhvə alıb dəmləyin.  Bütün xəstəliklərin səbəbi - şəkər Tərkibində şəkər olan içkilər və qidalar bədəndəki proteyni yox edir. Dərini gözəlləşdirən, bədəni möhkəm saxlayan proteyn məhv olanda qocalma başlayır. Xəmir xörəkləri Bu cür qidalar orqanizmi qocaldan ilkin vasitədir. Xəmir xörəklərinin tərkibində karbohidratlar var ki, bu da orqanizmə ziyandır.  Marqarin yağları Onun tərkibində təbii maddələr olmadığı üçün həzm olunmur. Bu da orqanizmdə yağın yığılmasına gətirib çıxarır.  Şəkərli tərəvəzlər Bütün tərəvəzlər sağlam və faydalı deyil. Kök, qarğıdalı vitamin üçün yeyilə bilər. Amma həddindən çox yeyildikdə orqanizm üçün ziyandır. Bu tərəvəzlər insanı kökəldir.  Qazlı sular Tez-tez istifadə edildikdə, aludəçilik yaradır. Tərkibində ziyanlı maddələr və şəkər var. Onun tərkibində olan maddələr bədəndəki kalsiumu məhv edir.