Qovrulmuş sarımsaq möcüzəsi


Digərləri 25 Noy 2017 23:15:00 336 0

Qovrulmuş sarımsaq möcüzəsi

Qovrulmuş sarımsaqları yediyinizdə 1 saat ərzində bədən əvvəl həzm prosesinə fokuslanır və yeyilən 6 diş sarımsağı mədə həzm etməyə başlayır. Bu da sarımsaqların, bədən üçün qidalandırıcı bir hala gəlməsi deməkdir.

Bədən sarımsağın ifraz etdiyi antioksidantları qəbul etməyə və sərbəst radikallarla mübarizəyə başlayır. 6 diş qovrulmuş sarımsaq yeyirsinizsə, bədəniniz 2 - 4 saat ərzində sarımsağın içindəki faydalı maddələrdən istifadə etməyə başlayır.

Son.az deyerler.org-a istinadən bildirir ki, xüsusilə sarımsağın antioksidant xüsusiyyəti özünü sürətli bir şəkildə müəyyən edir və bu sayədə bədən bir çox xəstəliyin meydana gəlməsinə səbəb olan sərbəst radikallarla mübarizəyə başlayır.

4 - 6 saat arası: Sarımsağın faydalarını qəbul edən bədən, tarazlığı lazım olan səviyyədə tənzimləməyə və yağ yandırmağa başlayır. İlk 4 saat ərzində yaxşıca həzm edilən və antioksidant təsirini başladan sarımsaq, bədəndəki 4-6 saat arasındakı müddətdə də boş dayanmır.

Bədən, sarımsağın faydalı tərəflərini yaxşıca qəbul edir. Bu sayədə təzyiq və xolesterol kimi bədəndə tarazlıqda olması lazım olan bütün səviyyələr idarə edilməyə, bədəndəki artıq maye çölə atılmağa başlayır.

6 - 7 saat arası: Sarımsağın antibakterial xüsusiyyəti üzə çıxır və bədəndəki bakteriyalarla mübarizəyə başlayır.