Tez yemək hansı xəstəliklərə yol açır


Digərləri 25 Noy 2017 22:45:00 297 0

Tez yemək hansı xəstəliklərə yol açır

Yeni bir araşdırmaya görə, yavaş yemək piylənmə və metabolik xəstəlik risklərini azaldır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Amerika Ürək Təşkilatının 2017 ABŞ Elm İclasında təqdim etdiyi araşdırmanın nəticələri, yavaş yeməyin daha sağlam ola biləcəyini göstərir.

Hiroşima Universitetində bir qrup elm adamı, yavaş və ya tez yeməyin insan sağlamlığına təsirini təhlil etmək üçün, 2008-ci ildə yaş ortalaması 51 olan və metabolik xəstəliyi olmayan 642 kişi və 441 qadının qatıldığı bir araşdırma başlatdı. İştirakçıları sürətli, normal və yavaş yeyənlər olaraq üç qrupa ayıran elm adamları, beş il boyunca iştirakçıların yemək yemə vərdişlərini izləyərək yavaş yeməyin daha sağlam olduğunu açıqladı.

Araşdırma nəticələrinə görə, tez yeyənlərin metabolik xəstəliyə tutulma nisbəti 11.6%-dirsə, normal sürətdə yeyənlərin 6.5% və yavaş yeyənlərin 2.3% olduğu açıqlandı.