BMW M4 Liberty Walkdan tüninq alıb FOTO


Digərləri 25 Noy 2017 22:05:00 375 0

BMW M4 Liberty Walkdan tüninq alıb  FOTO

Dünyada məşhur olan atelye Liberty Walk Bavariya kupesi BMW M4 Coupe üçün yeni proqram hazırlayıb. Ənənəyə uyğun olaraq, avtomobil yenidən işlənmiş aerodinamik asma və dəbli təkərlər alıb.

Son.az auto.az-a istinadən bildirir ki, təqdim edilmiş şəkillərdə modifikasiya edilmiş avtomobil görünür ki, sahibi onu maksimal dərəcədə nadir etmək istəyib. Məhz bu məqsədə çatmaq üçün isə o, Liberty Walk-un mütəxəssislərinə müraciət edib.

Yapon tünerin çoxsaylı layihələri kimi, alman idman kupesi BMW M4 də yeni aerodinamik asma alıb. Ona spoyler və boltlarla bərkidilmiş enli təkər arkaları daxildir.

Bunlardan əlavə, təkmilləşdirilmiş BMW M4 Coupe by Liberty Walk nadir Tecnica Performance seriyasından olan Forgiatos TEC 2.2-R təkər diskləri ilə lovğalana bilər. Onların ölçüləri 20-dən 22-düymə qədərdir.


Xəbərə aid fotolar