Şərhisədr – dərin fikrə və açıq ruha malik olmaqdır


Digərləri 25 Noy 2017 21:10:00 325 0

Şərhisədr – dərin fikrə və açıq ruha malik olmaqdır

Allah Təala Quranda buyurur: "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o, əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayənin də buyurduğu kimi, insanlar iki dəstəyə bölünürlər: o kəslər ki, qəlbləri o qədər pak və nuranidir ki, Quranla və İslamla ilk rastlaşan kimi, onu qəbul edir və onun ardınca gedirlər. Bu insanlara Allah sinə genişliyi olan şərhi-sədr verər.   Lakin qəlbi zülmət içərisində olan insanlara nə Quran təsir edər, nə də moizə. Onların sinəsi dar və qəlbləri qaralmışdır.   Allah hər kimi hidayət etmək istəsə, onun sinəsini genişləndirər və imanı qəbul etməsinə şərait yaradar. Hər kim yolundan azarsa, Allah onun sinəsini qaraldar və aydın düşünmək qabiliyyətini əldən verər.   Allah bu imansız insanların qəlbində zülməti və küfrü qərar verər. Bu ayə demək istəyir ki, insanın xoşbəxt və bədbəxt olması - öz seçimindən asılıdır. Əgər hidayət olmaq istəyərsə, Allah onun sinəsinigenişləndirər. Əgər imansızlığı seçərsə, daraldar.   Salman Farsi nur bulağına çatmaq üçün vətəndən hərəkət edir. Çox çətinliklərlə üzləşir, hətta qul belə olur. Ancaq elə ki, Peyğəmbərlə (s) görüşür, Allah onun sinəsini genişləndirir və müsəlman olur. İlk addımını öz seçimi ilə atır və sonrakı addımlarda Allah ona yardım edir.   Əbu Cəhl ilə Əbu Ləhəb isə düşmənçiliyi və inadı seçirlər və Peyğəmbərlə (s) müxalifətlik edirlər. Şeytana (lən) xidmət edir və Haqqa qulaqlarını və ürəklərini bağlayırlar. Allah da onları yolundan azdığı üçün zəlil edir və sinələrini dar edir.   Şərhi-sədr dedikdə, əslində sinə deyil, fikir və ruh nəzərdə tutulur. Yəni, o kəsin ki, şərhi-sədri olar - fikirləri dərin, ruhu açıq, səbir və hövsələsi çox olar. Ona görə də ruzigarın acı hadisələri qarşısında əyilməz, dik durar. (Həvzəh)   Beləliklə deyə bilərik ki, şərhi-sədr - tərəqqi etmək və mənəvi ucalmaq üçün Allah tərəfindən olan ən mühüm vasitə hesab olunur. Allah bizlərə də şərhi-sədr inayət etsin!