Faydalı qidalar


Digərləri 25 Noy 2017 20:50:00 331 0

Faydalı qidalar

Elə qidalar var ki, onları təkcə qəbul etmək deyil, həmçinin kosmetik vasitə kimi də istifadə etmək mümkündür. 

Son.az atv.az-a istinadən bildirir ki, bu barədə araşdırmalar aparan tanınmış amerikalı kosmetoloq Erin Gilbert maraqlı faktlar aşkarlayıb. Gəlin, bu qidalardan bəziləri ilə birlikdə tanış olaq.

Kofe

Mütəxəssisin sözlərinə görə, kofe güclü, təbii antioksidant hesab olunur. Buna görə kofe dərini ultrabənövşəyi şüalardan və sərbəst radikallardan qoruyur. Gəl ki, kofeni gün ərzində 3 fincandan artıq içmək olmaz. Özü də kofeni şəkərsiz və ya az şəkərlə içmək daha faydalıdır.

Qırmızı şərab

Qırmızı şərab da üz dərisi üçün çox faydalı hesab olunur. Kosmetoloq bildirir ki, bu içkini meyvə ilə tükətmək daha məqsədəuyğundur. Gün ərzində isə bir bakaldan artıq içmək məsləhət görülmür. Qırmızı şərabı şokoladla içənlər isə güclü allerqik reaksiyalardan qorxmalıdır.