Bəkməz... 1001 dərdin dərmanı


Digərləri 25 Noy 2017 19:55:00 370 0

Bəkməz...  1001 dərdin dərmanı

"Min bir dərdin dərmanı". Bəkməz (doşab) deyəndə insanın ağlına ilk olaraq bu cümlə gəlir. Çünki üzüm, tut, əncir,xurma kimi meyvələrin qaynadılmasıyla əldə olunan bəkməzin faydaları saymaqla bitmir.

Son.az atv.az-a istinadən bildirir ki, məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qan azlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir. Ürək və damar xəstəlikləri riskini azaldır, beynin və bədənin inkişafına yardımçı olur. Quru öskürəkdən, boğaz ağrısından, bronxit və soyuqdəymədən, mədə və xora xəstəliyindən əziyyət çəkənlərə də bəkməz yemək məsləhət görülür.

Bəkməz iştah artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi də istifadə oluna bilər.

Sadalananlar son deyil. Bəkməz eyni zamanda, bədən üçün əsl enerji mənbəyidir. Beləki , tərkibindəki qlükoza və fruktoza, həzm prosesində sürətli şəkildə qana qarışma xüsusiyyətinə malik olduğu üçün, enerji ehtiyacı olanlara çox faydalıdır.