İnsan ömrünü uzadan maddə bu qidada tapıldı


Digərləri 25 Noy 2017 19:57:00 288 0

İnsan ömrünü uzadan maddə bu qidada tapıldı

Eksperimentin nəticələri BMC Cell Biology jurnalında dərc olunub.

Böyük Britaniya alimləri eksperiment zamanı köhnə hüceyrələri cavanlaşdıran üsul aşkar ediblər. Alimlər bunu hətta "möcüzə" adlandırıblar.

Eksperiment zamanı köhnə hüceyrələr fəal böyünməyə və cavan kimi görünməyə başlayıb və onların telomerləri uzanıb. (Bu telomerlər xromosomların qurtaracağında yerləşir və orqanizmin qocalması nəticəsində getdikcə qısalır.)

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, eksperimentin nəticələri BMC Cell Biology jurnalında dərc olunub.

Alimlər araşdırma zamanı hüceyrələrə "resveratrol" adlı maddə ilə təsir edirdilər. Bu maddə təbii şəkildə qırmızı şərabda, qırmızı üzümdə, tünd şokoladda və qaragilədə var.