Piylənmədən əziyyət çəkən uşaqlar teztez depressiyaya düşürlər


Digərləri 25 Noy 2017 19:40:00 237 0

Piylənmədən əziyyət çəkən uşaqlar teztez depressiyaya düşürlər

188 ölkədə aparılan araşdırmada piylənmənin ən geniş ABŞ , Çin və Rusiyada yayıldığı müəyyənləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov bildirib.

Həkim deyib: "Dünyada piylənmə və həddindən artıq çəki alanların sayı artıq təxminən 2.1 milyarda çatır. Bu da dünya əhalisinin 30 faizinə bərabərdir. Bu problemdən əziyyət çəkən insanların sayı 1980-ci ildə təxminən 875 milyon nəfər olaraq hesablanıb. Ümumiyyətlə piylənmənin sayında artım, ilk növbədə, hərəkətsizliklə əlaqədardır. Vaşinqton Sağlamlıq Metrik və Qiymətləndirmə İnstitutu (IHME) dünyada piylənmə və artıq çəkili insanlar mövzusunda araşdırma aparıb. Tədqiqatda Dünya Səhiyyə Təşkilatının bu istiqamətdə apardığı araşdırmalardan, eləcə də dövlət qurumlarının piylənmə və artıq çəkili insanların sayı ilə əlaqədar bütün məqalələrdən istifadə olunub.

Artıq çəki bir xəstəlikdir. Dünyada artıq çəkili insanların yarısından çoxunun ABŞ, Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, Misir, Almaniya, Pakistan və İndoneziyada kimi ölkələrdə yaşadığı qeydə alınıb. Qərbi Avropada yüksək piylənmə nisbətinin müşahidə olunduğu İngiltərədə kişilərin 67, qadınların isə 57 faizi piylənmə və ya həddindən artıq çəki almadan əziyyət çəkir.

Araşdırmalar onu da göstərir ki, inkişaf etməkdə olan ölkələrdə piylənmədən əziyyət çəkən qadınların sayı kişilərə nisbətən daha çoxdur. İnkişaf etmiş ölkələrdə isə əksinə, bu problemlə üzləşən kişilərin sayı qadınlardan daha yüksəkdir.

Tədqiqatların birində, Yaxın Şərq və Şimali Afrika ölkələrində kişilərin təxminən 60 faizinin, qadınların isə 65 faizinin həddindən artıq çəkili olduğu müəyyənləşib. ABŞ-da isə piylənmədən əziyyət çəkən və artıq çəkili insanların sayı bütün ölkələri geridə qoyub. Amerikada əhalisinin təxminən 13 faizində bu hal müşahidə olunur.

Uşaqlarda meydana çıxan piylənməyə gəldikdə isə bu, kalorili və ayaqüstü qidalanma, hərəkətsizlik, şirin və qazlı içkilərdən hədsiz istifadə zamanı baş verir. Ümumiyyətlə kiçik yaşda əmələ gələn piylənmə uşaq və yeniyetmələrdə baş verən ciddi xəstəliklərdən biri hesab edilir.