“Əmali” kitabı nə deməkdir?


Digərləri 25 Noy 2017 19:15:00 489 0

“Əmali” kitabı nə deməkdir?

Əmali ərəb dilində "imla" sözünün cəmidir. Keçmişdə hədislər ya şifahi, ya da yazılı şəkildə ötürülürdü. Yazılı şəkildə hədis ötürülməsinin ən geniş yayılmış formalarından biri imla idi.

Son.az islam.az-a istinadən bildirir ki, məşhur hədis alimləri məclis təşkil edir və bu məclisə onlarla, hətta yüzlərlə katib (yazan) qatılırdı. Alim hədisləri sənədi ilə birlikdə söyləməyə (diktə etməyə) başlayır, katiblər də onun dediklərini qələmə alırdılar. Bir neçə məclisdə diktə edilən hədisləri "əmali" adlı kitabda birləşdirirdilər. Əmali məclislərində söylənilən hədislər bəzən bir, bəzən də fərqli mövzuları əhatə edirdi. Şeyx Səduq, Şeyx Müfid, Seyyid Mürtəza və Şeyx Tusinin "Əmali" kitabları daha məşhurdur.