İmam Əlinin nəzərində dünya əhlinin 4 növü


Digərləri 25 Noy 2017 19:20:00 319 0

İmam Əlinin nəzərində dünya əhlinin 4 növü

İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 32-ci xütbəsində dünya insanlarını dörd dəstəyə bölmüşdür ki, onlarla tanış olaq:

1. Birinci dəstə sakit və qoyun xislətli insanlardır ki, heç bir yanlış iş görməzlər. Onların arzuları çoxdur, ancaq onu yerinə yetirməyə qüdrətləri yoxdur.   2. İkinci dəstə insanların həm arzuları vardır və həm də onu həyata keçirtmək üçün qüdrətləri. Son.az deyerler.org-a istinadən bildirir ki, onlar ömürləri boyu pul və sərvət toplayar, qüdrət əldə edərlər. Bu yolda heç bir günahdan çəkinməzlər.   3. Üçüncü dəstə canavar kimidirlər. Ancaq əyinlərində qoyun libası vardır. Onlar əhli-dünyadırlar, lakin özlərini axirət əhli kimi göstərməyə çalışırlar. İnsanların arasında elə zahir olarlar ki, onların etimadını qazana bilsinlər.   4. Dördüncü dəstə rəhbərlik və ağalıq həsrətini çəkənlərdir. Bu arzunun atəşində yanarlar. Ancaq nəfslərinin həqarəti onları evdə əyləşdirmişdir. Bu həqarətin üzərindəki pərdəni götürmək əvəzinə, zahidlik libası geyinərlər. (Tebyan)   Bu dörd dəstənin hamısı dünya əhlidir. Çünki hamısı bir sifətdə müştərəkdirlər. Belə ki, onların hamısı quşlardır ki, dünya onları bir-bir ovlayır. Əslində, onlar - əsir və qul edilmiş insanlardırlar.