Misir terrorunun təşkilatçıları bilindi


Dünya 25 Noy 2017 18:47:00 273 0

Misir terrorunun təşkilatçıları bilindi

Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

Son.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

Terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.