Türkiyədə terrora qarşı mübarizə ilə bağlı tədbir keçirilib


Siyasət 25 Noy 2017 17:47:00 281 0

Türkiyədə terrora qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Tədbirdə çıxış edənlər FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə toxunublar

Türkiyənin Polis Akademiyası Terror və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (UTGAM) Antalyada “FETÖ beynəlxalq təhdid kimi” mövzusunda simpozium keçirib.

“Report”un xəbərinə görə, tədbirdə ABŞ prezidenti Donald Trampın seçki kampaniyasındakı müşaviri Teodor Ruzvelt Mallok, Rusiya Təhlükəsizlik Akademiyası Xarici İqtisadi Əlaqələr Şöbəsinin müdiri Tələt Ənvəroviç, araşdırmaçı yazar Nədim Şənər, “Yeni Çağ” analitik internet qəzetinin baş redaktoru Aqil Ələsgər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının dosenti Mürtəza Həsənov və digərləri çıxış edib.

Onlar çıxışlarında FETÖ-nun fəaliyyətinə, müxtəlif ölkələrdə strukturlaşma sxeminə və şəbəkənin genişlənmə mexanizminə ətraflı toxunublar.