Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb


Sosial 25 Noy 2017 17:12:00 241 0

Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb

Faktla bağlı cinayət işi başlanıb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb.

“Report”un xəbərinə görə, Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.