Yerə düşən telefonun sahibini axtararkən qorxunc mənzərə ilə qarşılaşdılar VİDEO FOTO


Dünya 25 Noy 2017 14:30:00 335 0

Yerə düşən telefonun sahibini axtararkən qorxunc mənzərə ilə qarşılaşdılar  VİDEO  FOTO

Türkiyənin Bursa şəhərində 22:00 radələrində spirtli içki qəbul edən 54 yaşlı Mustafa Kırqıl adlı şəxs 2 metr dərinliyində olan dərəyə aşaraq dünyasını dəyişib.

Son.az haberler-ə istinadən xəbər verir ki, Nilüfer Dərəsi kənarında müvazinətini itirən Mustafa üzü üstə beton tökülmüş dərəyə aşıb.

Ərazidən keçənlər dərənin kənarında mobil telefon, banan və pivə görüncə aşağı eniblər. 

Lakin banan və pivənin yanında Kırqılı görəndə hürküblər. Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları Mustafa Kırqılın öldüyünü müəyyən ediblər.


Xəbərə aid fotolar