Tələbə yataqxanada doğduğu uşağı pəncərədən atdı VİDEO FOTO


Dünya 25 Noy 2017 11:01:00 267 0

Tələbə yataqxanada doğduğu uşağı pəncərədən atdı  VİDEO  FOTO

19 yaşlı tələbə universitetin yataqxanasında gizlicə doğduğu körpəsini binanın 4-cü mərtəbəsinin pəncərəsindən atıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, hadisə Çinin şimal qərbindəki Şanxay vilayətinin Mühəndislik və Texnologiyalar Kollecinin yataqxanasında baş verib.

Fotodan göründüyü kimi tələbə körpəni yataqxananın adyalına bükərək pəncərədən atıb.

Cinsiyyəti açıqlanmayan körpəni yataqxananın mühafizə işçiləri tapıblar.

Xəstəxanadan bildirilib ki, körpə ölüb.

Polis hadisə ilə bağlı araşdırma aparır. Qız kollecdən çıxarılaraq ailəsinin yanına göndərilib.


Xəbərə aid fotolar