Samsung süni intellekt tədqiqatlar mərkəzi açacaq


Digərləri 25 Noy 2017 08:51:00 279 0

Samsung süni intellekt tədqiqatlar mərkəzi açacaq

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti süni intellektlə əlaqədar texnologiyaların hazırlanacağı tədqiqat mərkəzi açmaq niyyətindədir.   Son.az ICTnews-a istinadən bildirir ki, şirkət rəhbərliyi əmindir ki, süni intellektə aid alqoritmlər dördüncü sənaye inqilabının uğurunun təminatçısıdır.   Şirkət rəsmilərinin sözlərinə görə, süni intellekt texnologiyaları zamanla ayaqlaşmaq və texnoloji bazarın lideri kimi qalmaq üçün böyük əhəmiyyətə malikdir. Süni intellekt böyük perspektivlər vəd edir.   Süni intellektin tədqiqi üzrə mərkəzin konkret olaraq harada yaradılacağı barədə məlumat verilmir.   Məlumata görə, "Samsung" süni intellekt tədqiqatlarını aktivləşdirməklə yanaşı, şirkətin biznes strukturunda dəyişiklik etməyi planlaşdırır. Belə ki, top menecment sistemində istehsalçıya bazarın nəbzini daha operativ tutmağa imkan verəcək islahatların aparılacağı gözlənilir. Müvafiq dəyişikliklərin "Samsung" şirkətini bir sıra sahələrdə liderliyini itirməkdən qoruyacağı bildirilir.