Bakıda orta yaşlı kişi binanın eyvanından yerə yıxılıb


Sosial 25 Noy 2017 08:47:57 256 0

Bakıda orta yaşlı kişi binanın eyvanından yerə yıxılıb

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb

Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Əhmədov Gündüz Əmirxan oğlu Lökbatan qəsəbəsində yaşadığı binanın ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.