Gələn il 1,5 milyarddan çox smartfon satılacaq


Digərləri 25 Noy 2017 08:41:00 248 0

Gələn il 1,5 milyarddan çox smartfon satılacaq

"Digitimes" analitik agentliyinin hesabatına əsasən, 2018-ci ildə qlobal smartfon satışının həcmi 1,5 milyardı ötəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, çinli analitiklərin məlumatına görə, 2017-ci ilin sonunadək təxminən 1,43 milyard telefon satılacaq. 2018-ci ildə bu göstərici təxminən 5% artacaq. Ekspertlər əmindirlər ki, ən çox smartfon Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etməkdə olan bazarlarında satılacaq. 2018- 2022-ci illərdə satılmış smartfonların sayı ildə 60-70 milyon artacaq.

ABŞ-ın "Apple" şirkəti və Finlandiyanın "Nokia" şirkətini nəzərə almasaq, smartfonların əksəriyyəti Asiya şirkətləri tərəfindən istehsal edilir. Proqnozlara görə, Çinin "Huawei", "Oppo" və "Vivo" şirkətləri artıq bu il qlobal smartfon istehsalçılarının reytinqində müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutacaqlar.