Göyçayda maşın camışı vurub, iki nəfər xəsarət alıb


Digərləri 25 Noy 2017 08:36:00 289 0

Göyçayda maşın camışı vurub, iki nəfər xəsarət alıb

Qəza Ağdaş-Şamaxı avtomobil yolunda baş verib

Ağdaş-Şamaxı avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə "Mercedes" markalı avtomobilin yolu keçən camışları vurması nəticəsində qeydə alınıb. Qəza zamanı Mingəçevir şəhərindən olan bir ailənin iki üzvü - Yavər və Dilavər qardaşları müxtəlif bədən xəsarətləri alıb. Yaralanan sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.