Yasamalda piyadanı vuran sürücü qaçıb


Digərləri 25 Noy 2017 08:22:00 297 0

Yasamalda piyadanı vuran sürücü qaçıb

Kamera qeydlərindən kişini BMW markalı maşının vurduğu müəyyən edilib

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1959-cu il təvəllüdlü Nadirov Rauf Əziz oğlu Yeni Yasamal yaşayış massivində yerləşən "Qismət" şadlıq sarayı yaxınlığında yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qəzanı törədən sürücü ərazidən qaçıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisənin baş verdiyi ərazidəki Təhlükəsiz Şəhər Kamerasında qeydə alınan görüntülərdən aydın olub ki, piyadanı "BMW" markalı minik avtomobili vurub. Hazırda sürücü axtarılır.