Xızıda 130 partlamamış hərbi sursat aşkarlanıb FOTO


Digərləri 25 Noy 2017 08:26:00 270 0

Xızıda 130 partlamamış hərbi sursat aşkarlanıb  FOTO

Nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Son.az-a verilən məlumata görə, noyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 130 ədəd partlamamış hərbi sursat (PHS), 157 ədəd partlamış-yanmış mərmi qalıqları və 254 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 432 977 kv.m (43.30 ha) ərazi yoxlanılıb. Ümumiyyətlə, 79 gün ərzində 19 904 ədəd partlamamış hərbi sursat (PHS), 9 473 ədəd partlamış-yanmış sursat qalıqları və 70 418 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 599 262 kv.m (7 060 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Xəbərə aid fotolar