Cocuq Mərcanlıda 16 500 kv.m ərazi tam təmizlənib FOTO


Digərləri 25 Noy 2017 08:13:00 250 0

Cocuq Mərcanlıda 16 500 kv.m ərazi tam təmizlənib  FOTO

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 16 500 kv.m (1.65 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 23 000 kv.m (2.30 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi: 8 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 145 300 kv.m (14.53 ha) ərazi tam təmizlənib, 46 800 kv.m (4.68 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 192 100 kv.m (19.21 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərə aid fotolar