iPhone Xin yığılmasında tələbə əməyindən istifadə olunur


Digərləri 25 Noy 2017 08:15:00 316 0

iPhone Xin yığılmasında tələbə əməyindən istifadə olunur

"Apple"in Asiyadakı əsas podratçısı olan "Foxconn" şirkəti "iPhone X" smartfonunun yığılması üçün qanunsuz olaraq tələbələrin əməyindən istifadə edir. Son.az lent.az-a istinadən xəbər verir ki,  bu iddia ilə "The Financial Times" çıxış edib.   Qəzetə açıqlama verən Çjençjou şəhərinin tələbələri bildiriblər ki, sentyabrda onları üç ay müddətinə "iPhone X" smartfonunun yığılması üçün "Foxconn"un yerli bölməsinə göndəriblər. Onlar gündə 11 saat işləyirlər, halbuki Çində təcrübəçi tələbələrin bu müddətdə işlədilməsi qanunla qadağandır. 17-19 yaşlı tələbələrə təhsil aldıqları ali məktəbdə bildiriblər ki, fabrikdə üç aylıq təcrübə təhsilin tamamlanması üçün zəruridir.