Şamaxıda 80 min nəfərin ölümünə səbəb olmuş dəhşətli zəlzələdən 350 il ötür


Sosial 25 Noy 2017 08:00:00 289 0

Şamaxıda 80 min nəfərin ölümünə səbəb olmuş dəhşətli zəlzələdən 350 il ötür

Həmin vaxt yeraltı təkanlar zamanı şəhərin üçdə bir hissəsi dağılıb

1667-ci ilin bu günündə Azərbaycanın Şamaxı rayonunda baş vermiş dəhşətli zəlzələdən 350 il ötür.

“Report” xəbər verir ki, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində 80 min insan həyatını itirib.

Zəlzələ Rixter cədvəli ilə 6,9 maqnituda gücündə qeydə alınıb.

Həmin zaman Bakı quberniyasının tərkibinə daxil olan Şamaxı şəhərinin üçdə bir hissəsi dağılıb.