Şəkil üzrə xəstəlik müəyyənləşəcək


Digərləri 25 Noy 2017 07:31:00 262 0

Şəkil üzrə xəstəlik müəyyənləşəcək

"Apple" korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni "VisualDx" proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar. "VisualDx" proqramı şəkil üzrə xəstəliyi müəyyən edir. İndi mobil proqram həkimlər tərəfindən yoxlanılır, amma istənilən şəxs bu proqramı pulsuz yükləyə bilər.

Son.az ICTnews-a istinadən bildirir ki, "VisualDx" mobil proqramı müasir kompüter təlimi texnologiyasından istifadə edir. Sözügedən proqram insanın dərisinin vəziyyətini və xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.

"VisualDx" proqramı hələ ki yalnız həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Ancaq indi istənilən şəxs sözügedən mobil tətbiqi "Google Play" və ya "AppStore" proqramlar mağazasından yükləyə bilər.