Batuminin "Leo Grand" otelində yangın: 11 ölü YENİLƏNİB


Dünya 25 Noy 2017 07:15:00 280 0

Batuminin "Leo Grand" otelində yangın: 11 ölü  YENİLƏNİB

Batumidə yerləşən "Leo Grand" otelində baş vermiş yanğın binanın 4-cü mərtəbəsində başlayıb. Son.az "Report"a istinadən bildirir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib. Yanğın cümə günü yerli vaxtla təqribən saat 20:00-da başlayıb. Yanğının mərkəzi spa-salon olub. Hazırda 11 nəfərin öldüyü, 21 nəfərin isə yaralandığı məlumdur. "İlkin araşdırmalara görə, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Yanğınsöndürənlərin cəsarətli addımları nəticəsində insanları oradan çıxartmaq mümkün olub. Hazırda demək olar ki, 100 nəfər xilas edilib",- deyə Qaxariya jurnalistlərə bildirib. Faktla bağlı cinayət işi "Əmlaka ziyan vurma" maddəsindən "İki və daha çox insanın ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması" maddəsinə dəyişdirilib. Bu maddəyə görə hadisədə günahkar olan şəxsləri 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Nazir bildirib ki, günahkarlar qanunun bütün ciddiliyi ilə cəzalandırılacaqlar. Beşulduzlu "Leo Grande" mehmanxanası Batuminin ən yaxşı otellərindən biridir. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Onun tikintisi 35 milyon dollara başa gəlib. Oteldə 182 nömrə var.

* * *

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında baş verən yanğın nəticəsində ğlənlərin vətəndaşlığı məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölənlərdən 10-u Gürcüstan vətəndaşı 1-i isə İran vətəndaşıdır.

Xəsarət alan 21 nəfərin isə 12-si Gürcüstan vətəndaşı, biri İsrail vətəndaşı, 5-i isə Türkiyə vətəndaşıdır.

03:37

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralananlardan 3-ü evinə buraxılıb, digər 18-nin isə müalicəsi davam etdirilir. Batumi klinikalarında olan 18 vətəndaşın həyatı üçün təhlükə yoxdur.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Şərq Tərəfdaşlığı" sammiti başa çatdıqdan sonra Batumiyə gəlib. G.Kvirikaşvili hadisə yerində vəziyyətlə tanış olub

24.11.2017