AzərbaycanNATO əməkdaşlığı daha da inkişaf edəcək


Siyasət 25 Noy 2017 07:00:00 241 0

AzərbaycanNATO əməkdaşlığı daha da inkişaf edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahında çıxışı, eləcə də onunla görüşdən sonra NATO-nun Baş katibi Yens Stoltenberqin söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir. 

Bunu Son.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Prezident İlham Əliyev: "Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir" - FOTO Onun fikrincə, ölkəmizin bu hərbi-siyasi təşkilatla əməkdaşlığı genişlənəcək: "Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır və illər boyu NATO-nun  əməliyyatlarında iştirakla yanaşı, onlara böyük dəstək verib. Bunu Alyansda da çox yüksək qiymətləndirirlər. Azərbaycan-NATO əməkdaşlığı eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğunlaşdırılmasına istər islahatlar həyata keçirməklə dəstək verir. Həm Azərbaycan prezidenti, həm də NATO Baş katibinin söylədiyi kimi, qarşılıqlı maraq doğuran bu əməkdaşlığın böyük potensialı var və zənnimcə, bu əməkdaşlıq daha da inkişaf edəcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb, həmçinin, NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak və çıxış edib.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində