Bakı sakini binanın girişində hücuma məruz qalaraq bıçaqlanıb


Sosial 25 Noy 2017 05:56:11 303 0

Bakı sakini binanın girişində hücuma məruz qalaraq bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonu ərazisində kişi binanın blokunda bıçaqlanıb.

"Report" xəbər verir ki, "Kimya şəhərciyi" kimi tanınan yaşayan 32 yaşlı Cəfərov Cəfər Nahid oğlu binaya daxil olarkən naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.