Meksikada avtosisternlə avtobus toqquşub, ölən və yaralananlar var - VİDEO


Dünya 25 Noy 2017 04:11:58 304 0

Meksikada avtosisternlə avtobus toqquşub, ölən və yaralananlar var - VİDEO

Faciə Syudad-Viktoriya və Monterrey şəhərlərini birləşdirən yolda baş verib

Cümə günü Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında avtosisternlə avtobusun toqquşması nəticəsində azı 2 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə federal polis öz "Twitter" səhifəsində yazıb.

Faciə Syudad-Viktoriya və Monterrey şəhərlərini birləşdirən yolda baş verib.

"Televisa" telekanalının məlumatına görə, qəza nəticəsində daha 10 nəfər xəsarət alıb.