Putin, Ərdoğan və Ruhaninin Suriya ilə bağlı birgə bəyanatı BMT TŞ-də yayılıb


Digərləri 25 Noy 2017 02:33:40 248 0

Putin, Ərdoğan və Ruhaninin Suriya ilə bağlı birgə bəyanatı BMT TŞ-də yayılıb

Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya ilə bağlı birgə bəyanatı BMT Təhlükəsizlik Şurasında rəsmi sənəd formasında yayılıb

Bakı. Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya ilə bağlı birgə bəyanatı BMT Təhlükəsizlik Şurasında rəsmi sənəd formasında yayılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 3 ölkənin daimi nümayəndələri noyabrın 22-də müvafiq sorğu ilə şuranın sədrinə müraciət edib. Qeyd edək ki, Rusiya, İran və Türkiyə prezidentləi Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan 22 noyabr Suriya üzrə Soçidə keçirilən zirvə toplantısının yekunları üzrə birgə bəyanat yayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin