Tramp Ərdoğanla Türkiyənin ABŞ-dan hərbi texnika alması imkanlarını müzakirə edib


Dünya 25 Noy 2017 02:03:42 280 0

Tramp Ərdoğanla Türkiyənin ABŞ-dan hərbi texnika alması imkanlarını müzakirə edib

Ağ ev rəhbəri ABŞ-ın Suriyadakı tərəfdaşlarına göstərdiyi dəstəkdə dəyişikliklər ediləcəyini deyib

ABŞ prezidenti Donald Tramp cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin Amerikadan hərbi texnika ala bilmə imkanlarını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin iki ölkə lideri arasında baş tutan telefon söhbətindən sonra yaydığı bəyanatda deyilir.

Ağ ev rəhbəri Türkiyə prezidentini həmçinin Birləşmiş Ştatların Suriyadakı tərəfdaşlarına göstərdiyi dəstəkdə dəyişikliklər ediləcəyi barədə məlumat verib.