Parisdə pələng sirkdən qaçıb


Dünya 25 Noy 2017 01:48:33 349 0

Parisdə pələng sirkdən qaçıb

Yırtıcı şəhərin mərkəzində güllələnib

Ötən gün Parisin 15-ci dairəsində yerləşən səyyar sirkdən pələng qaçıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Yırtıcı şəhər mərkəzinə yönəlib və Qarilyano körpüsü yaxınlığında, daima uşaqlı anaların istirahət etdiyi Anri Sitroen adına parkın bir neçə yüz metrliyində sirk əməkdaşları tərəfindən güllələnib.