Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz


Digərləri 25 Noy 2017 00:01:00 160 0

Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur. Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala bilərsiniz.

Buğa - Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək. Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər. 

Əkizlər - Rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq. Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.

Xərçəng - Mövqeyinizi qorumaq üçün qətiyyət göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq həlledici rol oynaya bilər. Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik münasibətləriniz yarana bilər.

Şir -  Ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Şirlər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər. Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

Qız - Çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək. Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.  

Nicat Rəhimovun toyundan FOTOLAR like
  • 24 Noy 23:51  
Şou-biznes Nicat Rəhimovun toyundan FOTOLAR

Bu gün "Bozbash pictures"də "Şirin" obrazını canlandır

arrow Ətraflı
Bu bərbər gözübağlı saç kəsir  VİDEO like
  • 24 Noy 23:48  
Digərləri Bu bərbər gözübağlı saç kəsir VİDEO

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. Son.az bildirir ki

arrow Ətraflı
Diabetik nefropatiya: əlamətləri, fəsadları və onunla mübarizə like
  • 24 Noy 23:45  
Digərləri Diabetik nefropatiya: əlamətləri, fəsadları və onunla mübarizə

Orqanizmdə karbohidrat və su mübadiləsinin pozulması fonunda yaranan metabo

arrow Ətraflı
Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib like
  • 24 Noy 23:42  
Digərləri Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma

arrow Ətraflı
Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN! like
  • 24 Noy 23:24  
Digərləri Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN!

Artıq çoxdan məlumdur ki, hər geyim və məişət əşyalarının çoxunun t

arrow Ətraflı