Əlayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər


Digərləri 24 Noy 2017 23:57:00 176 0

Əlayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər

Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər? 

Son.az bildirir ki, bununla bağlı ailem.az-a məlumat verən terapevt Xumar Novruzova deyir ki, bəzən belə hallar havanın temperaturundan asılı olmur: "Terapevt qəbuluna gələn xəstələrin verdiyi suallardan biri məhz bu olur - həkim, əllərim niyə soyuq olur? Hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir. Amma məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər".   Həkim həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb:   Reyno sindromu   Bu zaman barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil.   Autoimmun xəstəliklər   Bu, daha ciddi xəstəliklər qrupudur: qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. Əsas xəstəlik vaxtında müalicə olunarsa, əl üşüməsi kimi əlamət də zəifləyər.   Hipotireoz   Qalxanvari vəzi orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.   Anemiya   Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir.   B12 vitamini defisiti   Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmiş oluruq.   Qan təzyiqinin aşağı olması   Bu zaman ətrafların qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanların işini təmin etmək üçün səfərbər olmuş olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa həm də başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.   Stress və həyəcan   Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.   Dərman preparatları   Bəzi dərmanların məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.   Siqaret çəkmək   Nikotinin damardaraldıcı təsiri və ətrafların qanla təchizatını zəiflətməsi əllərin soyumasına gətirən səbəblərdən biridir.   Beləliklə, istənilən halda əllərin soyuq olması səbəbini öyrənib, onu aradan qaldırmaq üçün həkiminizlə məsləhətləşin.

Nicat Rəhimovun toyundan FOTOLAR like
  • 24 Noy 23:51  
Şou-biznes Nicat Rəhimovun toyundan FOTOLAR

Bu gün "Bozbash pictures"də "Şirin" obrazını canlandır

arrow Ətraflı
Bu bərbər gözübağlı saç kəsir  VİDEO like
  • 24 Noy 23:48  
Digərləri Bu bərbər gözübağlı saç kəsir VİDEO

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. Son.az bildirir ki

arrow Ətraflı
Diabetik nefropatiya: əlamətləri, fəsadları və onunla mübarizə like
  • 24 Noy 23:45  
Digərləri Diabetik nefropatiya: əlamətləri, fəsadları və onunla mübarizə

Orqanizmdə karbohidrat və su mübadiləsinin pozulması fonunda yaranan metabo

arrow Ətraflı
Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib like
  • 24 Noy 23:42  
Digərləri Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma

arrow Ətraflı
Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN! like
  • 24 Noy 23:24  
Digərləri Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN!

Artıq çoxdan məlumdur ki, hər geyim və məişət əşyalarının çoxunun t

arrow Ətraflı
"Ayə, harayə gedirsən, ayə?”dən daha bir mahnı  VİDEO like
  • 24 Noy 23:21  
Digərləri "Ayə, harayə gedirsən, ayə?”dən daha bir mahnı VİDEO

"Ayə, harayə gedirsən, ayə?" mahnısı ilə bir gecədə məşhurl

arrow Ətraflı
Lerik rayonuna güclü qar yağıb  FOTO like
  • 24 Noy 23:18  
Digərləri Lerik rayonuna güclü qar yağıb FOTO

Son.az APA-ya istinadən xəbər verir ki, qar bu gün günorta saatlarından ya

arrow Ətraflı
Azərbaycan neftinin like
  • 24 Noy 23:14  
Digərləri Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı