Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib


Digərləri 24 Noy 2017 23:39:53 267 0

Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanmış, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib. Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin