Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN!


Digərləri 24 Noy 2017 23:24:00 299 0

Bu əşyalardan evinizdə İSTİFADƏ ETMƏYİN!

Artıq çoxdan məlumdur ki, hər geyim və məişət əşyalarının çoxunun tərkibində təhlükəli maddələr var. Son elmi tədqiqatlar göstərir ki, formaldehid, triklozan, naftalin kimi təhlükəli maddələr xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır.

Son.az bu yazıda oxucuları tərkibində təhlükəli kimyəvi maddələrin olduğu və bazarda hələ də satılan məişət malları ilə tanış edir.

Evinizi kimyəvi cəhətdən təhlükəsiz etmək heç vaxt gec deyil, odur ki, bu mühüm informasiya ilə tanış olmağa dəyər.

Hava təravətləndirici və kimyəvi təmizləmə məhsulları

Hava təmizləndirici vurulan otaqda sinə dolusu nəfəs almaq təkcə yuxarı tənəffüs yollarının iltihabına səbəb olmur. Müasir təravətləndiricilərin tərkibində orqanizmdə bədxassəli hüceyrələrin inkişafına səbəb olan uçucu maddələr var. Əgər evin havasını təbii və təhlükəsiz yolla təravətləndirmək istəyirsinizsə, mixək, darçın, limon və ya portağal qabıqlarını bir qazana töküb, üzərinə su əlavə edib qaynadın. Vanna otağında isə sevdiyiniz bitkilərin efir yağlarını ağzı açıq şəkildə saxlaya bilərsiniz.

Müxtəlif səthlərin təmizlənməsində güclü kimyəvi vasitələrdən imtina edin, onlar nəinki çirki məhv edir, eyni zamanda sizin sağlamlığınıza da güclü şəkildə yəsir edir. Xoşbəxtlikdən təbii vasitələrin köməyi ilə təmizliyi təmin etmək olar.

Diş məcunu və ağız üçün qarqara məhsulları

Geniş yayılmış maddə - ftorid və triklozan diş pastalarının tərkibinə də daxildir. Onlar orqanizmdə toplanan çox təhlükəli birləşmələrdir. Həmçinin adi diş pastasının içində olan parlaq rənglər diş pastasını artıqlaması ilə təhlükəli edir. Odur ki, təbii diş pastana keçmək vaxtıdır!

Teflon örtüklü qablar

Özlüyündə belə qablar zərərsizdir. Teflon örtüyü minimal miqdarda yağla yemək hazırlamağa imkan verir və yemək yanmır. Amma sevdiyiniz tavaya cızıq izi düşərsə, o təhlükəli olur: yemək qızdırılan zamanı zədələnmiş teflon örtüyündəki perfluorooktan karboksilik turşusu kimi təhlükəli kimyəvi maddələr ayrılır. Bu isə insan orqanizminə ciddi zərər verə bilər. Odur ki, cızılmayan keyfiyyətli qab-qacaqdan istifadə edin.

Çirkli, köhnə ayaqqabılar

Evə girən kimi ən yaxşısı ayaqqabını xüsusi şkafa qoyun. Məsələ burasındadır ki, biz ayaqqabı ilə birlikdə evə tamamilə lazımsız və zərərli kimyəvi maddələr gətiririk.

Köhnə ayaqqabıları saxlamaq çox təhlükəlidir, onun üzərində olan kimyəvi birləşmələr ev atmosferini çirkləndirə bilərlər.

Naftalin

Güvələrə qarşı hələ də naftalin istifadə insanlar var. Lakin bilməlisiniz ki, naftalin xərçəngin yaranmasına səbəb olan maddələr siyahısına rəsmən daxil edilib.


Xəbərə aid fotolar