Bir çörəyin içində 70 həşərat olacaq SATIŞDA FOTO


Digərləri 24 Noy 2017 22:49:00 337 0

Bir çörəyin içində 70 həşərat olacaq  SATIŞDA  FOTO

Finlandiyada noyabrın 24-dən çörəyin istehsalında qurudulmuş həşəratlardan istifadə ediləcək.

Son.az xəbər verir ki, bu haqda yerli "Helsingin Sanomat" nəşri bildirib. Bu, çörəyin istehsalında məhsul kimi həşəratlardan istifadə olunmasına müvafiq nazirliyin icazə veməsindən sonra mümkün olub. Bu məmulatın istehsalı ilə "Fazer" şirkəti məşğul olacaq.

Qeyd edilir ki, bir çörəyin bişirilməsi üçün orta hesabla 70 qurudulmuş həşərat tələb olunur. Onlar çörəyin ümumi çəkisinin təxminən 3 faizini təşkil edəcək. Belə çörəyin qiyməti təxminən 4 avro təşkil edəcək.


Xəbərə aid foto