Hansı tikinti materiallarının qiyməti ucuzlaşacaq? VİDEO


Digərləri 24 Noy 2017 22:46:00 441 0

Hansı tikinti materiallarının qiyməti ucuzlaşacaq?  VİDEO

Gələn il yanvarın 1-dən ölkəmizə idxal edilən əsas tikinti materiallarına tətbiq ediləcək yeni idxal gömrük rüsumlari məlum olub.

Son.az bildirir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən, mərmər, travertin, əhəngli tuf daşı, qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Gələn ildən sist, xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, yaxud da digər üsulla düzbucaqlı formalı, gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarin 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Bir sıra tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişməyib. Abidə və ya tikinti üçün daşlar, xırda çay daşı, çınqıl, əhəngdaşı tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılacaq.

Yeni qərara əsasən, giltorpaqlı sement, hidravlik sement, süni boyanmış və ya boyanmamış ağ sementə 1 noyabr 2018-ci ildən 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək. Gələn il yanvarin 1-ə qədər isə bu malların 1 kiloqramına 0,07 dollar gömrük idxal rüsumunun tətbiq edilməsi qüvvədə olacaq.