Batumidəki oteldə yanğın zamanı azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır


Dünya 24 Noy 2017 22:15:57 367 0

Batumidəki oteldə yanğın zamanı azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır

Yanğın “Leogrand” otelində baş verib

Batumidə “Leogrand” otelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan “Report”a bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var.

Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.

Otel sakinləri təxliyyə olunublar.