Gəncədə maşın ağaca çırpılıb, sürücü və qadın sərnişin yaralanıb


Sosial 24 Noy 2017 21:48:38 287 0

Gəncədə maşın ağaca çırpılıb, sürücü və qadın sərnişin yaralanıb

Hadisə 28 May küçəsində baş verib

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 28 May küçəsi ilə hərəkətdə olan "99-GO-163" dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı maşın idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə sürücü və maşında olan qadın sərnişin yaralanıb.

Faktla bağlı araşdırma aparılır.