ABŞ-ın Braziliyadakı konsul müavini qarət zamanı yaralanıb


Dünya 24 Noy 2017 21:35:54 327 0

ABŞ-ın Braziliyadakı konsul müavini qarət zamanı yaralanıb

Hadisə Anqra-dus-Reys kurort şəhəri yaxınlığında baş verib

Amerikanın Braziliyadakı konsul müavini xanım Stefani Masland Bolen Rio-de-Janeyro ştatında qarətə cəhd zamanı ayağından yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən "Globo" telekanalı məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında Anqra-dus-Reys kurort şəhəri yaxınlığından keçən yolda baş verib. Hücum zamanı maşında diplomatın yanında olan həyat yoldaşı zərər çəkməyib. Konsul müavini xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə məlumat yoxdur.