Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert proqramı təşkil edilib FOTO


Digərləri 24 Noy 2017 21:32:00 269 0

Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert proqramı təşkil edilib  FOTO

23 noyabr 2017-ci il tarixində Brüssel İncəsənət sarayında (BOZAR) V Şərq Tərəfdaşlığı Zirvə Toplantısına həsr olunmuş konsert proqramı təşkil edilib.

Son.az bildirir ki, Azərbaycanın Belçikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin ilk hissəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığına üzv ölkələrdən olan musiqiçilərdən ibarət qrupun ifasında caz musiqisindən nümunələr təqdim edilib. Bu musiqi qrupununa əslən Azərbaycandan olan, Belçika vətəndaşı, tanınmış caz ustası və pianoçu Amina Fiqarovanın rəhbərlik etməsi tamaşaçılar tərəfindən diqqətəlayiq hal kimi qiymətləndirilib, onların böyük marağına səbəb olub.

Daha sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin nazir və ya səfirləri, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri çıxış edərək, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək, mədəni və humanitar əlaqələrin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığın həyata keçirilməsində oynadığı vacib rolu vurğulayıblar.

Səfir Fuad İsgəndərov öz çıxışında tədbir iştirakçılarına təşəkkürünü bildirib, Azərbaycanın klassik və caz musiqi janrlarında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib, mədəniyyətlərarası dialoqun və bütün dinlərə hörmətin Azərbaycanın daxili və xarici siyasətinin qayəsində bərqərar olduğunu diqqətə çatdırıb. Səfir onu da vurğulayıb ki, Cənubi Qafqazda baş verən münaqişələr dini və etnik ayrı-seçkilikdən deyil, konkret siyasi amillərdən qaynaqlanır.


Xəbərə aid fotolar