Göyçayda "Mercedes" camışı vurdu - Sürcü və sənişin xəstəxanada


Digərləri 24 Noy 2017 20:28:00 310 0

Göyçayda "Mercedes" camışı vurdu - Sürcü və sənişin xəstəxanada

Göyçay rayonunda yol qəzası baş verib.

Bakı. Samir Əli - Göyçay rayonunda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü İsmayılov Yavər Məmiş oğlu idarə etdiyi 90 UT 235 dövlət nömrə nişanlı "Mercedes - E klass" markalı avtomobili idarə edərkən rayon ərazisində qəfil yola çıxan camışı vurub. Hadisə nəticəsində sürücü və onun qardaşı, 1960-cı il təvəllüdlü İsmayılov Dilavər Məmiş oğlu ağır xəsarət alıb. Hər iki xəstə Göyçay rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. Xəstəxanadan Trend-ə verilən məlumata görə, yaralılardan Y.İsmayılovun hər iki qolu sınıb. Digər yaralı D.İsmayılov isə üz, çənə, əng və burun sümüklərinin çoxsaylı sınığı, üz və burun nayihələrinin əzilmiş cırılmış yaraları diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin