Bakıda 4 növ gimnastika üzrə birləşmiş yarışları bədii gimnastlar və aerobika təmsilçiləri davam etdirib (FOTO)


Digərləri 24 Noy 2017 20:36:22 241 0

Bakıda 4 növ gimnastika üzrə birləşmiş yarışları bədii gimnastlar və aerobika təmsilçiləri davam etdirib (FOTO)

bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Bakı. Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə açıq Azərbaycan və Bakı çempionatı, batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir. Trend-in məlumatına görə, bu gün estafet aerobika təmsilçiləri və bədii gimnastlara ötürülüb. Bədii gimnastika üzrə böyüklər arasında Bakı çempionatı və birinciliyinin qalibi Zöhrə Ağamirova olub. Gümüş Hudis veronikaya, bürünc medal isə Darya Sorokinoya çatıb. Yarışlarda yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriyası (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə mübarizə apararırlar. Xatırladaq ki, ötən gün tamblinqçilərin çıxışları sona çatıb. Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin