Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirildi


Digərləri 24 Noy 2017 19:52:00 278 0

Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirildi

Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, təlimlərdə hərbi hissələr təyin edilən vaxtlarda döyüşə tam hazırlıq vəziyyətinə gətirilib, idarəetmə orqanları və bölmələr manevr edərək yeni mövqeləri tutub. Qərargahlarda və bölmələrdə döyüş fəaliyyətlərinin planlaşdırılması və hazırlığı üzrə işlər aparılıb.