Heydər Əliyev Sarayında ulduzların dueti baş tutub (FOTO)


Digərləri 24 Noy 2017 19:42:00 334 0

Heydər Əliyev Sarayında ulduzların dueti baş tutub (FOTO)

Heydər Əliyev Sarayında "Ulduzların duetləri" adlı konsert baş tutub.

Bakı. Heydər Əliyev Sarayında "Ulduzların duetləri" adlı konsert baş tutub. Trend-in məlumatına görə, tanınmış müğənnilərin ifasında sevilən duetlər səslənən konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb. Konsertdə xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Aşıq Samirə, Kənan Qədimov, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, İlkin Fuad, Emiliya Yaqubova, Vüsalə Əsgərova, Rövşən Qəhrəmanov, Şölə Səfərəliyeva, Rövşən Əziz, Aytən Məhərrəmova, Orxan Babazadə, Rəvanə Əmiraslanlı, Orxan Hüseynli, Ülkər Əliyeva, Babək Şuşalı iştirak ediblər. Konsertdə vaxtilə böyük sənətkarların ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər musiqisevərlərə təqdim olunub. Müğənniləri Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “FM Ekspress” estrada qrupu müşaiyət ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin