Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirildi FOTO


Kriminal 24 Noy 2017 19:24:00 400 0

Tofiq Quliyevin 100  və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirildi  FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində, ADMİU - nin və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə və milli musiqi mədəniyyətimizin inkişafına layiqli tövhələr vermiş Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş konsertdə   Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edib.

Tədbir ADMİU- nin xor kollektivinin ifasında (Emin Sabitoğlunun və Bəxtiyar Vahabzadənin) "Azərbaycan" mahnısı ilə başladı.

Gecədə T. Quliyevin "Ey sevincim Bakı", "Lirik mahnı", "Kimsən sən", "Sən mənimsən mən sənin", "Qəmgin mahnı", "Zibeydə", "Canım Bakı,qanım Bakı",

E. Sabitoğlunun "Əlvida", "Çiçək yağısı", "Düşürsən yadıma", "Ayrılıq", "Kəpənək", "Belə ola həmişə"mahnıları, "Şükrüyyə" roması tələbələrin ifasında səsləndi.